ABŞ İran şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ İran şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ İranın hava səyahətləri şirkəti olan “Safiran Airport Services”ə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton səbəb kimi, bu şirkətin Rusiyaya Ukraynadakı hərbi əməliyyatlarda istifadə olunan pilotsuz təyyarələr verməsini göstərir.

SİA bu barədə rus saytlarına istinad edir.

ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, “Safiran Airport Services” “Rusiyanın İran və Rusiya arasında hərbi uçuşları, o cümlədən İran İHA-larının, personalın və müvafiq avadanlıqların daşınması ilə bağlı uçuşları koordinasiya edib”. Agentliyin məlumatına görə, “əldə edilən məlumat Rusiya Aerokosmik Qüvvələrinin yığılması və sınaqdan keçirilməsindən sonra Ukraynadakı əməliyyatlar çərçivəsində İran PUA-larını Rusiya PUA-ları ilə birlikdə istifadə etmək niyyətində olduqlarını göstərir”.

Ən sərt məhdudiyyətləri nəzərdə tutan “Specially Designated Nationals” sanksiyalar siyahısına daha üç hüquqi və bir fiziki şəxsi də daxil edib.

“US Mythin”in məlumatına görə, sanksiya siyahısana düşənlər İranın pilotsuz uçan aparatlarının və onların İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün komponentlərinin, o cümlədən onların hava və dəniz qüvvələrinin “tədqiqi, inkişafı, istehsalı və tədarükü” ilə məşğul olanlardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə