Rusiya vətəndaşları Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri genişmiqyaslı sanksiyaları hələ də hiss etməyiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, Qərb artıq Moskvaya qarşı rekord sayda - 11 min sanksiya tətbiq etsə də, amma Rusiya vətəndaşları hələ də bunun fərqinə belə varmayıblar.
Əksinə, Qərb ölkələri tarixdə ilk dəfə olaraq, özlərinin başqa dövlətə qarşı tətbiq etdiyi sanksiyaların nəticələri ilə üzləşirlər.
Qeyd edək ki, Ulyanov bunları “Twitter”də yazıb.
Rusiyanın daimi nümayəndəsinin qeyd etdiyi kimi, anti-Rusiya sanksiyaları təbii ki, “dişləyir”, lakin bu vəziyyətdə onların daha çox kimə zərər vurması hələ ki, sual altındadır. Xatırladaq ki, Qərb dövlətləri, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Rusiyaya qarşı fəal şəkildə sanksiyalar tətbiq etməyə başlamışdılar.
Ulyanovun dediyinə görə, bu gün Qərbdə bəzi siyasətçilər və media açıq şəkildə etiraf edir ki, sanksiyalar Rusiya Federasiyasından çox Qərbə, xüsusən də Avropa dövlətlərinə ziyan vurub.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl xarici KİV-lər Avropa İttifaqının artıq Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək barədə düşünmədiyi barədə yazırlar.
Səbəb isə, Ulyanovun dediyi kimi, Avropa ölkələrinin Rusiya Federasiyasından artıq “yanmalarıdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB