Moskva “işğal olunmuş ərazilər” məsələsinin BMT-nin gündəliyinə salınmasından təəssüfləndiyini bildirib
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin BMT Baş Assambleyasının 77-ci sessiyasının gündəliyinə “Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri” ilə bağlı bəndin daxil edilməsindən təəssüfləndiyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Təəssüf edirik ki, dünyada ən təmsilçi dialoq platforması yenidən siyasiləşdirmək və dağıdıcı yanaşmaları təşviq etmək üçün istifadə olunur”.
Qeyd edək ki, bunları ərz edən rusiyalı diplomatın fikrincə, Ukraynadakı vəziyyətin qarşıdurma şəraitində müzakirəsi böhranın həllinə və regionda sülhün bərqərar olmasına kömək etməyəcək.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın beynəlxalq təşkilatdakı nümayəndəsinin birinci müavini Dmitri Polyanski, Birləşmiş Ştatlar və Albaniya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası zamanı ukraynalıların Rusiyada “süzgəcdən keçirilməsi”ni müzakirə etmək niyyətində olduqlarını bildirmişdilər.
Bu arada Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasını dezinformasiyanın yeni mərhələsi adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB