Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynada NATO ilə Rusiya Federasiyası arasında dolayı qarşıdurma səbəbindən Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma riski artır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” məlumat yayıb.
Rusiyalı siyasətciyə görə, NATO ilə Rusiya arasında dolayı qarşıdurma obyektiv olaraq Rusiya ilə alyans arasında birbaşa toqquşma riskini artırır. Nebenzya ölkəsinin belə bir ssenarinin qarşısını almaq üçün mümkün olan hər şeyi etdiyinə baxmayara, amma risk hələ də riskliyində qalır.
Diplomat Ukrayna tərəfinin hərəkətlərində NATO-nun aparıcı rolunu da qeyd edib. Məsələn, o, Ukrayna Silahlı Qüvvələrinə təlim keçən əcnəbi təlimatçıların sayını xatırladıb. Lakin Nebenzyanın fikrincə, bu fakt Qərbdən silah tədarükü kimi güc balansını və Rusiyanın xüsusi əməliyyatının gedişatını dəyişməyəcək.
Xatırladaq ki, bundan əvvəl Vasili Nebenzya “Ukrayna Silahlı Qüvvələrinin hər hansı sıçrayışından söhbət getmədiyini” bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB