Prezident Vladimir Zelenski sentyabrın 1-dən Ukraynanın min kvadrat kilometrdən çox ərazisinin azad edildiyini bildirib.
SİA xəbər verir ki, o, bu barədə axşam videomüraciəti zamanı bildirib.
Onun sözlərinə görə, davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Onların bu hərəkətləri bu gün də yeni nəticələrlə davam edir. Ümumilikdə, sentyabrın 1-dən indiyədək min kvadrat kilometrdən çox ərazimiz azad edilib ki, buna görə də, onlara “sağ olun” deyirəm. Bunu təmin edən hər kəsə! Bu günlərdə qaldırılan hər bir Ukrayna bayrağına görə orduya, kəşfiyyatçılara və xüsusi xidmət orqanlarına təşəkkür edirəm.
Zelenski daha sonra Ali Baş Komandanın Qərargahının bundan sonra da tez-tez görüşlər formatında fəaliyyət göstərəcəyini bildirib.
O, Ukraynanın effektiv müdafiəsi və işğalçıların qovulması üçün Ukrayna Silahlı Qüvvələrindəki komandirlərə, kəşfiyyatşılara və ümumiyyətlə bütün müdafiə və təhlükəsizlik sektoruna tam dəstək veriləcəyini də bildirib.
O. eyni zamanda bütün dövlət fəaliyyətinin cəbhənin ehtiyaclarına və ukraynalıların müdafiəsinə yönəldiyini də bildirib.
Yeri gəlmişkən, Ukraynanın “UNİAN” agentliyi ukraynalı müdafiəçilərin Xarkov vilayətində müvəqqəti olaraq rus işğalçıları tərəfindən işğal edilmiş 20-dən çox yaşayış məntəqəsini azad edildiyi barədə xəbər yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB