ABŞ yanacaq qiymətlərində davam edən artımı azaltmaq üçün yol tapıb. Belə ki, hakimiyyət əlavə neft ehtiyatlarını strateji ehtiyatlardan azad etmək istəyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə
“Bloomberg” xəbər verir.
“...Prezident Cozef Baydenin administrasiyasındakı məmurlar bu ilin sonunda neft qiymətlərində təhlükəli artımın qarşısını almağın yollarını, o cümlədən fövqəladə hallar zamanı ölkənin xam neft ehtiyatlarının əlavə olaraq buraxılması imkanlarını axtarırlar”. Bunu nəşr yazır.
...Avropa İttifaqının Rusiyadan enerji tədarükünü qadağan edən sanksiyalarının qüvvəyə minməsi fonunda dekabrda neft qiymətlərinin artacağı gözlənilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi tarixini açıqlamışdı. Onun sözlərinə görə, bu, dekabrın 5-də, Avropa İttifaqının qismən neft embarqosunu nəzərdə tutan altıncı sanksiyalar paketinin qüvvəyə mindiyi vaxt baş verməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB