Finlandiya hakimiyyəti Rusiya Federasiyası ilə sərhəddəki sərhəd zonasını beynəlxalq və Finlandiya mediası üçün bağlayıb.
SİA “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Cənub-Şərqi Sərhəd Mühafizəsi komandanının müavini Yukka Lukkari məlumat verib.
“İndi daha heç bir səfər olmayacaq. Biz sərhəd zonasının təhlükəsizliyini qoruyacağıq”, - deyə o bildirib.
Qeyd olunur ki, yenilik Rusiya Federasiyasının Ukrayna ilə bağlı hərəkətləri, eləcə də Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciəti ilə bağlıdır.
Lukkarinin sözlərinə görə, beynəlxalq və Finlandiya mediası Ukraynada hərbi əməliyyatların başlanmasından sonra şərq sərhədinə fəal şəkildə səfər etməyə başlayıb.
O qeyd edib ki, Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsinə hər həftə sərhəd zonasına baş çəkmək üçün onlarla KİV müraciəti daxil olur. Jurnalistləri sərhəd bölgəsində insanların gündəlik həyatı və Rusiya qonşuluğunda sərhəd nəzarətinin təşkili maraqlandırır.
Lukkari qeyd edib ki, Rusiya Federasiyası ilə sərhəddə sərhəd zonası rejiminin məqsədi sərhəd nəzarətini asanlaşdırmaq və sərhəd təhlükəsizliyinin qorunmasına kömək etməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB