Polşanın baş naziri Mateusz Moraviecki ölkəsinin İkinci Dünya Müharibəsində verdiyi itkilərə görə Almaniyadan təzminat alacağını bəyan edib. SİA xəbər verir ki, Polşa dövlət xəbər agentliyi PAP-ın məlumatına görə, o deyib: "Almaniyadan təzminat alacağımıza inanıram, lakin bu, tez baş verməyəcək. Önəmli olan ilk addımı atmaq idi".
Polşanın İkinci Dünya Müharibəsindəki itkilərini sənədləşdirən hesabatın hazırlanmasının ilk addım olduğunu xatırladan Moraviecki, "İkinci addım hesabatı dərc etmək və Almaniya hökumətinə diplomatik nota vermək idi. Bu, tezliklə baş verəcək" deyib.
Polşa ötən həftə Almaniyanın İkinci Dünya Müharibəsi zamanı ölkəyə vurduğu ziyanı 1,3 trilyon avro olaraq hesablayan hesabat dərc edib. Hakim mühafizəkar Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski İkinci Dünya Müharibəsinin təzminatı məsələsinin Berlində gündəmə gətirilməsinə qərar verildiyini bildirib: "Bu, Almaniya dövlətinin 1939-1945-ci illər arasında Polşaya etdiyi hər şeyə görə təzminat ödəməyə məcbur etməkdən gedir, bəlkə də uzun və çətin prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB