Ukrayna 20-dən çox yaşayış məntəqəsini Rusiyadan geri aldığını açıqlayıb

Ukrayna 20-dən çox yaşayış məntəqəsini Rusiyadan geri aldığını açıqlayıb

Ukrayna ölkənin şərqindəki Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini Rusiya ordusundan geri aldığını açıqlayıb. SİA xəbər verir ki, Ukrayna ordusuna rəhbərlik edən briqada generalı Oleksiy Qromov bölgədəki, xüsusilə Xarkovdakı son vəziyyətlə bağlı qiymətləndirmələr aparıb: "Ukrayna hərbi birləşmələri düşmən xəttindən 50 kilometr kənara çıxıb. Xarkov vilayətində aktiv əməliyyatlar zamanı 20-dən çox yaşayış məntəqəsi azad edilib".

Hansı yaşayış məntəqələrinin geri alındığına dair təfərrüatları açıqlamayan Qromov, ölkədə yenidən Ukrayna qüvvələrinin nəzarətində olan Xarkov başda olmaqla rayonların ümumi sahəsinin 700 kvadrat kilometrdən çox olduğunu bildirib. Qromov əlavə edib ki, Ukrayna ordusu Slavyansk vilayətində 3 kilometr irəliləyib və oradakı yaşayış məntəqəsi rus qoşunlarından geri alınıb. Yerli mətbuatda Ukrayna qüvvələrinin Xarkov vilayətində Rusiya qüvvələrinə hücum etdiyi barədə xəbərlər yayılsa da, Ukrayna hakimiyyətindən bu barədə heç bir açıqlama verilməyib. Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada Xarkov vilayətində bəzi yerlərin Rusiya güclərindən geri alındığını deyib: "Bu həftə Xarkov vilayətindən yaxşı xəbərimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə