Koronavirusa yoluxanların sayı 22 milyonu ötüb - İTALİYADA

Koronavirusa yoluxanların sayı 22 milyonu ötüb - İTALİYADA

Bu vaxtadək İtaliyada koronavirus (COVID-19) infeksiyasına 22 milyondan çox yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 17 min 550 nəfər artaraq ümumilikdə 22 milyon 4 min 612-yə çatıb. COVID-19 qurbanlarının sayı isə 89 nəfər artaraq 176 min 98-ə yüksəlib.

Hazırda ölkədə 515 min 431 aktiv koronavirus xəstəsi var. Onlardan 185 nəfəri reanimasiya şöbəsində müalicə alır.

İtaliyada pandemiya dövründə 21 milyon 313 min 83 nəfər virusdan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə