Fransa La-Manşda görünən Rusiya hərbi gəmilərindən narahatdır

Fransa La-Manşda görünən Rusiya hərbi gəmilərindən narahatdır

...Bu həftənin əvvəlində La-Manş kanalında üç Rusiya hərbi gəmisi peyda olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Fransanın “La Depeche” nəşri yayıb.

Qeyd edək ki, burada söhbət “Marşal Ustinov” kreyseri, “Vitse-admiral Kulakov” esminesi və “Vyazma” tankerindən gedir.

“Marşal Ustinov” kreyserinin yüzə yaxın raket daşıdığı Fransada dərin narahatlığa səbəb olub.

Rus saytlarının yazdığına görə, əvvəllər Rusiya Hərbi Dəniz Qüvvələrinin bu gəmiləri yarım il Aralıq dənizində keçiriblər. Gəmilər Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl oraya gəlmişdilər. Sonra Atlantik okeanını keçdilər, İrlandiyaya çatdılar, geri dönüb Fransa sahillərinin yaxınlığından keçdilər.

Qeyd etdiyimiz kimi, La-Manş boğazında “göyərtəsində yüz raket olan” raket kreyserinin görünməsindən narahat olan fransız analitikləri hesab edirlər ki, gəmilərin keçməsi Rusiya Hərbi Dəniz Qüvvələrinin Qərbə olan imkanlarının nümayişi kimi tarixdə baş verən hadisələr fonunda göstərilir.

Fransa mətbuatının yazdığına görə, “Marşal Ustinov” kreyseri Qara dənizdə batan “Moskva” kreyseri ilə eyni tipli gəmilərə aiddir. Uzunluğu 186 metrdən, eni isə 20 metrdən çoxdur. Gəmi 1986-cı ilin sentyabrında istismara verilib. Ev limanı Severomorskda olan Şimal Donanmasının 43-cü raket diviziyasına təyin edilib. 2017-ci ildən kreyser Aralıq dənizində "yerləşdirilib". Onun 500 dənizçi heyəti və təsirli silahlanması var: 100-dən çox raket və müxtəlif çaplı səkkiz silah.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə