Kiyev Şəhər Şurası adları Rusiya və Sovet İttifaqı ilə bağlı olan 40 küçə, zolaq və meydanının adının dəyişdirilməsi qərarını dəstəkləyib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
“...Biz paytaxtın küçələrini və obyektlərini “ruslaşmadan xilasını” davam etdiririk”-deyən Kliçkonun sözlərinə görə, bu gün Volqoqradskayadan başqa Rusiya Federasiyası və sovet keçmişi ilə bağlı daha 40-a yaxın qodonim adı dəyişdirilib.
Belə ki, şəhərin mərkəzindəki Moskva küçəsi Knyazlar Ostrojskinin küçəsinə çevriləcək.
Qeyd edək ki, bundan bir müddət əvvəl Kliçko Kiyev Şəhər Şurasının paytaxtın 95 küçə, zolaq və meydanının adını dəyişdiyini bildirmişdi.
Bu arada Ukrayna saytlarının verdiyi məlumata görə, yaxınlarda Odessanın qodonimlərinin də “de-russiyadan” keçiriləcəyi məlum olub.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra yerli hakimiyyət orqanları rusdilli mənşəli qodonimlərin dəyişdirildiyini dəfələrlə elan etmişdi. Məsələn may ayında Dnepr hakimiyyəti demək olar ki, iyirmi küçənin adını dəyişib.
Daha bir maraqlı nüans. Bir müddət bundan əvvəl Almaniyanın supermarketlər şəbəkəsi “Ukrayna ilə həmrəylik əlaməti olaraq” “Moskovsky Stil” dondurmasının adını dəyişərək “Kiyev Stil” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB