Almaniyanın keçmiş kansleri Angela Merkellə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etmək etimadı və səlahiyyəti yoxdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib.
“...Müəyyən fiqurların Ukrayna ilə Rusiya arasında vasitəçi olmaq barədə qəribə təklifləri onların öz ölkələrində adlarını dirçəltmək cəhdi kimi qiymətləndirilməlidir. Əslində isə bunun üçün istənilən vasitəçinin yüksək etimadı, nüfuzu və aktuallığı olmalıdır. Amma nə Berluskoni, nə də Merkel bunu dəqiq bilmirlər”.
Bu fikirləri Podolyak səsləndirib.
Qeyd edək ki, ötən gün İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, sabiq Almaniya kansleri Angela Merkellə birlikdə Vladimir Putinlə Vladimir Zelenski arasındakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB