Hindistanda sosial media hesabına video yükləmək üçün relslərin üzərində gedən gənci qatar vurub, 17 yaşlı gəncin bədənində yaralar var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Telanqana əyalətinin Kazipet bölgəsində baş verib.
Hindistanlı yeniyetmə relslərin kənarında gedərkən arxadan gələn qatarın ona dəyməsi nəticəsində yerə yıxılıb. Ch Akshay Raj hadisədən sonra dəmiryolçuların xəbərdarlığı ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həyati təhlükəsinin olmadığı bildirilən gəncin ayağının sındığı və bədəninin bəzi yerlərində yaraların olduğu bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB