Pakistanda hәyatını itirәnlәrin sayı 1355 nәfәrә çatıb...

...daşqınlar nәticәsindә
Pakistanda hәyatını itirәnlәrin sayı 1355 nәfәrә çatıb...

Pakistanda iyunun 14-dən bu günədək davam edən yağışlar nəticəsində hәyatını itirәnlәrin sayı 1355 nәfәrә çatıb.

SİA xəbər verir ki, Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirən 1322 nəfərdən 481-i uşaq, 273-ü qadındır. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 12 722 nəfərə çatıb.

Yağışlar nəticəsində 1 milyon 712 min 726 evə ziyan dəyib, onlardan 564 min 831-i tamamilə dağılıb. Daşqınlar nәticәsindә hәmçinin 750 min 405 heyvan tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çәkib, 631 min 824 nəfər çadır şəhərciklərində yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə