Macarıstanın baş naziri Viktor Orban Avropanın Rusiyaya qarşı sanksiyalarının artıq iflasa uğradığını, inflyasiya və enerji qıtlığı yaşayan Avropanı “diz çökdürə biləcəyini” deyb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterfaks” yayıb.
Orbanın sözlərinə görə, anti-Rusiya sanksiyaları və Ukrayna münaqişəsi səbəbindən Avropa enerjisiz qala bilər.
...Rusiyaya qarşı 11 min sanksiya tətbiq edilib, lakin bu ölkəni zəiflətmək cəhdləri hələ də “uğursuzluq” qazanmaqdadır. Amma artan inflyasiya və enerji çatışmazlığı Avropanı “diz üstə qoymağa başlayıb”.
Maraqlıdır ki, Orban macarları arxayın etməkdən də çəkinməyib, ölkəsinin qazla bağlı heç bir problem yaşamayacağını və hamı üçün kifayət qədər enerji olacağını bəyan edib.
Belə ki, baş nazir bu il dövlət müəssisələrində, o cümlədən məktəblərdə temperaturun 18 dərəcədən çox olmayacağını da bildirib.
Yeri gəlmişkən qeyd edık ki, Macarıstan istehlak edilən qazın ümumi həcminin 85, neftin isə 60 faizini Rusiyadan alır.
Buna görə də, Çexiya və Slovakiya ilə birlikdə ölkə Avropa İttifaqının Rusiya neftinə qoyulan embarqodan azad edilməsinə nail olub.
...Və sonda onu da qeyd edək ki, bir müddət bundan əvvəl macar nazir Qərb strategiyasının Ukraynadakı münaqişəni genişləndirdiyini və onun sülh yolu ilə həlli şanslarını azaltdığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB