“Sizi burada heç kim gözləmir”...

Estoniya sentyabrın 19-dan Rusiyadan gələn bütün turistlərə girişi qadağan edəcək
“Sizi burada heç kim gözləmir”...

Sentyabrın 19-dan Estoniya istənilən Şengen vizası, o cümlədən digər Avropa İttifaqı ölkələri tərəfindən verilmiş Rusiya vətəndaşlarının girişini bağlayır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

“Xarici sərhədləri keçmək qadağası vizanın hansı dövlət tərəfindən verilməsindən asılı olmayaraq Rusiya vətəndaşları üçün qüvvədə olacaq”. Bunu estoniyalı nazir bildirib.

Nazirin dediyinə görə, qadağa hələlik ancaq turistlərə şamil edilir. Yəni onun dediyindən belə başa düşülür ki, Estoniyada yaşayan rusların qohum-qardaşları hələ ki,.. ziyarət və humanitar səfərlərə gələ bilərlər.

... Ümumilikdə isə, Rusiya vətəndaşlarına edilən çağırış belədir: “Estoniyaya Şengen vizası ilə gəlməyin, burada xoş qarşılanmayacaqsınız. Çünki burada heç kim sizi gözləmir!” Bunu da baş nazir Reinsalu əlavə edib.

Maraqlıdır ki, eston nazir digər Baltikyanı ölkələrin də bundan nümunə götürəcəyinə əmin olduğunu bildirib.

Bu arada verilən xəbərə görə, Latviya Xarici İşlər Nazirliyinin Rusiya vətəndaşları üçün ölkəyə giriş qadağası...on gün ərzində qüvvəyə minəcək

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə