...Belə görünür ki, Birləşmiş Ştatlara öz yeni silahlarını sinaqdan keçirmək üçün elə də bir sınaq meydanına, yəni poliqona ehtiyac olmayacaq. Cünki Vaşinqton özünə lazım bildiyi silahları Ukrayna tərəfinə ötürüb, bu ölkədə, ukraynalılar tərəfindən sınaqdan keçirir
Gərək ki, yadınızda olar, o vaxtı, dəqiq desək 1955-75-ci illərdə ABŞ belə sınaqları “Veytnamla müharibə aparır” adı altında bu ölkədə həyata keçirirdi. Bu gün isə...
...Beləliklə, ABŞ özünün ən dəqiq “Excalibur” artilleriya mərmilərini Ukraynaya təhvil verib.
SİA “Bloomberg”in rus variantına istinadən xəbər verir ki, bu silah peyk naviqasiya sistemindən istifadə etməklə idarə olunur və atəş zamanı zərbələrin yayılması 2 m-dir.Atış məsafəsi 40,5 km-ə qədərdir. Mərmilər 155 mm-lik haubitsalardan atəş açarkən istifadə olunur.
Verilən məlumatda, Pentaqon ABŞ-ın Kiyevə göndərdiyi raketlərin yerinə “Excalibur” raketlərini almaq üçün Konqresin təsdiq etdiyi 92 milyon dollar vəsaitdən istifadə edəcəyi deyilir.
“Bloomberg” onu da bildirib ki, bu mərmilər may ayında ABŞ prezidenti Cozef Bayden tərəfindən 40 milyard dollardan çox məbləğdə imzalanmış Əlavə Ukrayna Əlavə Aktında yer alır. Pentaqonun hesabında ən azı 20 milyard dollar var, o cümlədən 6 milyard dolları Ukraynaya yardıma, 9 milyard dollar isə ABŞ-ın xərclənmiş hərbi arsenallarını doldurmağa yönəldilib.
...Təbii ki, buradakı hesab-kitab bizlik deyil, amma...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB