F-35-də "Çin" əyləci! - ABŞ tədarükləri dayandırır

F-35-də "Çin" əyləci! - ABŞ tədarükləri dayandırır

Amerika Birləşmiş Ştatları F-35 mühərrikində istifadə edilən maqnitlərdən birinin yəni ərintinin Çindən gətirildiyini aşkar etdikdən sonra təyyarənin Amerika ordusuna və müştəri ölkələrə tədarükünü müvəqqəti olaraq dayandırıb. SİA xəbər verir ki, təyyarənin əsas istehsalçısı olan Lockheed Martin açıqlamasında bildirib ki, təyyarənin turbo mühərrik nasoslarından birində istifadə edilən maqnit ərintisi Çindən gətirilib.

Açıqlamada qeyd olunub ki, təyyarədə istifadə olunan materialın lazımi qanun və qaydalara uyğun olmasının təmin edilməsi məqsədilə təyyarənin alıcısı olan ABŞ ordusuna və sifarişçi ölkələrə çatdırılması dayandırılıb. Açıqlamada, hazırda təslim edilən və istifadə edilən təyyarələrin bu prosesdən təsirlənmədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə