Ağ Evdə ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Obamanın rəsmi portretləri açılıb. SİA xəbər verir ki, ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Baydenin də qatıldığı Ağ Evdə təşkil edilən mərasimə Obama cütlüyünün marağı sıx olub. ABŞ prezidenti Co Bayden çıxışında Obama dövründə vitse-prezident vəzifəsini icra etdiyini xatırladıb və “Məni prezidentliyə Barak Obama administrasiyasında 8 il xidmət etməkdən daha yaxşı heç nə hazırlaya bilməzdi” deyib.
Baydenin Obama cütlüyünü təriflədiyi nitqindən sonra Mişel və Barak Obama eyni vaxtda portretlərinin örtüyünü çəkiblər. Çıxışında Barak Obama da Co Baydeni tərifləyib və Baydeni "əsl dost və tərəfdaş" kimi xarakterizə edib. Ağ Evin bəyanatına görə, Robert MakKurdi Barak Obamanın portretini, Şeron Sprunq isə Mişel Obamanın portretini çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB