Ukrayna silahlıları Xersona doğru irəliləyirlər...

Ukrayna silahlıları Xersona doğru irəliləyirlər...

...Ukrayna ordusu Xarkov vilayətinin Balakleya rayonunda aktiv hücum əməliyyatlarına başlayıb. Nəticədə, rus qoşunları üçün vəziyyət təkcə taktiki səviyyədə deyil, həm də əməliyyat səviyyəsində təhdidedici hala gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu məlumatı “Freedom” marafonunun efirində hərbi ekspert Konstantin Maşovets açıqlayıb.

Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın cənubunda da fəal hücumunu davam etdiyini bildirib. Onun dediyinə görə, qarçı tərəf-ruslar azsaylı canlı qüvvə və hərbi texnikasını götürərək Çkalovo rayonuna köçürməyə nail ola bilib.

Amma buna baxmayaraq, Maşovetsin dediyinə görə, Xerson-Berislav körpübaşındakı bütün rus qruplaşmaları üçün təhlükələr yaranıb deyə ruslar elə də nikbin deyillər.

Maşovetsin dediyinə görə, Maryanskidən Dnepr boyunca Berislava gedən yolda işğalçılar arasında hələ dəqiqləşdirə bilmədiyi kiçik bir çaxnaşma yaşanıb.

Nikolayev-Xerson yolunun hər iki tərəfində aktiv döyüşlər getdiyini deyən hərbi ekspert, düşmənin orada ötən həftə əks-hücuma keçməyə çalışdığını və sol sahildən ora 4 BTQ kətirsə də, lakin uğur qazana bilmədiyini bildirib.

“...Döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələrinin hücumu da davam edir. O, yavaş templə inkişaf edir, lakin kifayət qədər inamlı və rəvan çəkildə Ukrayna Silahlı Qüvvələrinin hissələri Xersona doğru irəliləyirlər”, - bunu da Maşovets deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə