31 min illik skelet tarixin ilk amputasiyasına işıq salır

31 min illik skelet tarixin ilk amputasiyasına işıq salır

Cənubi Asiyanın Borneo adasında tapılan 31 min illik skeletin bir ayağının kəsildiyi, tarixdə ilk amputasiyaya işıq saldığı bildirilir. SİA xəbər verir ki, “Nature” jurnalında aparılan araşdırmaya görə, 2020-ci ildə 40 min il əvvələ aid divar rəsmləri ilə tanınan Lianq Tebo mağarasında yaxşı qorunmuş skelet tapılıb. Skeletin ayağının aşağı sol hissəsinin əskik olduğu bildirilib. Qeyd olunub ki, İndoneziya və Avstraliya arxeoloqları apardıqları araşdırmalar nəticəsində skeletin əskik topuq hissəsinin qalan hissəsinin təəccüblü formada olduğunu və qəsdən kəsilmiş ola biləcəyini bildiriblər. Dişdən toplanan qalıqlar və ətrafı tədqiq edildikdə, alimlərin 19-20 yaşları arasında ölən şəxsin skeletinin 31 min illik olduğunu təxmin etdiyi bildirilib. Digər tərəfdən, həmin şəxsin ayağı kəsildikdən ən azı 6-9 il sonra ölmüş ola biləcəyi bildirilirdi.

Mütəxəssislər hesab edirlər ki, İndoneziyanın Şərqi Kalimantan əyalətində yaşayan daş dövrünə aid ovçular tibbi anatomiya və yaraların müalicəsi sahəsində məlumatlı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə