...Məşqçi Mixail Ryabko, teleaparıcı Vladimir Solovyovun üzündəki qançırların həyat yoldaşı ilə sparrinq nəticəsində yarana biləcəyini ehtimal edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı yazır.
Beləliklə, qeyd olunur ki, Vladimir Solovyov ötən gün efirə üzündə aydın görünən sıyrıq və qançırlarla çıxıb. Təbii ki, efirdən qabaq müxtəlif variantlarla sifətindəki sıyrıq və qançırları gizlətməyə çalışan aparıcı buna elə də nail ola bilməyib.
Bu da, mətbuat və kanallarda yayım dalğasına səbəb olub.
“Baza”nın jurnalistləri teleaparıcının müxtəlif döyüş növlərini, o cümlədən karate və “sistem” adlanan idman növlərini sevdiyini bildiriblər.
Onlar məşq zamanı hər hansı insidentin olub-olmadığını Solovyova idman-döyüş növlərini öyrədən məşqçidən soruşmaq qərarına gəliblər.
Solovyovun məşqçisi Ryabko ötən gün onun həqiqətən sparrinq etdiyini bildirib. Döyüşdən sonra onun, sifətində həqiqətən də buraxılmış zərbələrin əlamətləri ola biləcəyini də deyib.
Amma, deyəsən dediklərinə sonradan şübhə edən məşqçi, Volodiyanın evdə arvadı ilə mübahisə zamanı da oxşar nəticələr ola bilərcəyini istisna etməyb.
Maraqlıdır, görən, Solovyovun sifətini kim cırmaqlayıb? Amma deyim ki, kim edibsə...elə haqq eləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB