Suriyada Hələb şəhərinin mərkəzində vətəndaş müharibəsi nəticəsində zədələnmiş binanın uçması nəticəsində 10 nəfər ölüb. SİA xəbər verir ki, binanın uçması nəticəsində 3-ü uşaq, 6-sı qadın və 1-i kişi olmaqla 10 nəfərin həlak olduğu bildirilib. Əsəd rejiminin SANA agentliyinin xəbərinə görə, Hələbin şəhər mərkəzindəki Firdevs məhəlləsində 5 mərtəbəli bina çöküb. Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilən xəbərdə vətəndaş müharibəsi zamanı binanın zərər gördüyü qeyd edilib. Əsəd rejimi qüvvələri Hələbin şəhər mərkəzini 2016-cı ilin sonunda ələ keçirməzdən əvvəl Firdevs rayonu da daxil olmaqla bir neçə bölgəyə intensiv hava zərbələri endirib. Hələbdə rejimin hücumlarına məruz qalan ərazilərdə təxminən 6 ildir infrastruktur işləri lazımi səviyyədə aparılmır, gedəcək yeri olmayan bəzi ailələr uçmaq təhlükəsi ilə üzləşən binalarda yaşamağa məcbur edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB