BMT Somali ilə bağlı həyəcan təbili çalır

BMT Somali ilə bağlı həyəcan təbili çalır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Somali ilə bağlı həyəcan təbili çalır. SİA xəbər verir ki, BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Ceyms Svan görüşdən sonra verdiyi açıqlamada ölkədəki quraqlıq və qida probleminə diqqət çəkib: "Mən bütün maraqlı tərəfləri Somalidəki ərzaq böhranını həll etmək üçün təcili olaraq lazım olan maliyyəni təmin etməyə çağırıram".

Görüşdə Somalidəki təhlükəsizlik vəziyyəti və silahlı təşkilatlarla mübarizənin də müzakirə edildiyini bildirən Svan, ölkədəki qida böhranından ən çox qadın və uşaqların təsirləndiyini sözlərinə əlavə edib. Somalinin 80 faizi həddindən artıq quraqlıqla mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə