"Beşiktaş" ingilis vinger transfer etdi

"Beşiktaş" ingilis vinger transfer etdi

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA "NTV Spor"a istinadən xəbər verir ki, "qara qartallar" "Sauthempton"dan Natan Redmondu transfer edib. İngilis vinger artıq İstanbuldadır.

"Beşiktaş" 28 yaşlı futbolçunu 2022/2023 mövsümünün sonuna kimi icarəyə götürüb.

Qeyd edək ki, Natan Redmond "Sauthempton"a 2016-cı ilin yayında "Norviç Siti"dən transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 232 matçda 30 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə