Türkiyədə meşə yanğını baş verib

Türkiyədə meşə yanğını baş verib

Türkiyədə meşə yanğını baş verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Manisa şəhərinin Kızılören rayonunda baş verib.

Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb.

Yanğın yerinə 10 helikopter, 6 təyyarə, 61 texnika göndərilib. Alovlara havadan və qurudan müdaxilə davam edir.

Yanğın səbəbindən ətraf ərazidə yaşayanlar təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə