Latviya 2000 rusun yaşayış icazəsini əlindən ala bilər

Latviya 2000 rusun yaşayış icazəsini əlindən ala bilər

Təxminən 2 min rus Latviyada yaşamaq icazəsini itirmək riski ilə üzləşib.

SİA “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın Riqadakı səfirliyi bildirib.

Qeyd edək ki, burada söhbət Latviya iqtisadiyyatına sərmayə qoyaraq yaşayış icazəsi almış Rusiya vətəndaşlarından gedir. Latviya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə hakimiyyəti 9189 belə yaşayış icazəsi verib.

İndi immiqrasiya haqqında qanuna yeni düzəlişlər qəbul olunarsa, yaşayış icazəsinin alınması və ya uzadılması müstəsna hallarda həyata keçiriləcək.

Məsələn, deyək ki, Latviya vətəndaşları ilə evlənəcəkləri təqdirdə.

Lakin, mənşə ölkəsindən asılı olaraq başqa tələblər də istisna edilmir.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Latviya hakimiyyəti 760-dan çox rusiyalının yaşamaq icazəsini ləğv edib.

Bundan əlavə, Litva, Latviya və Estoniya Rusiya vətəndaşlarının ölkəyə girişinə ciddi məhdudiyyətlər barədə razılığa...elə bu gün-sentyabrın 7-də gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə