Torpaq sürüşməsi nәticәsindә 15 nәfәr ölüb

Torpaq sürüşməsi nәticәsindә 15 nәfәr ölüb

Uqandada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 15 nəfər həyatını itirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Uqanda Qırmızı Xaç Komitəsinin verdiyi bəyanatda ölkənin qərbindəki Kasese bölgəsində 15 cəsədin tapıldığı bildirilib.

Bəyanatda həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Bəyanatda həmçinin daşqın nəticəsində çox sayda ev və iş yerinin dağıldığı vurğulanıb.

Ötən aydan etibarən yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 20-dən çox adam həyatını itirib.

Uqanda Meteorologiya Agentliyi xalqa daha çox yağıntınin olacağı ilə bağlı xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə