Almaniya Ukraynaya ötürcəyi silahların tükənmək üzrə olduğunu deyir, amma buna baxmayaraq ukraynalıları arxayın edirlər: dəstəklərimizi zəifləməyəcəyik.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.
“...Biz Ukraynanı dəstəkləmək üçün səylərimizi azaltmayacağıq” deyən almaniyalı nazir, “Bundesverin inanılmaz dərəcədə böyük bir hissəsinin” artıq Kiyevə köçürüldüyünü bildirib.
Bundan əlavə, nazir, Alman hakimiyyət orqanlarının heç bir "birtərəfli addımların" olmamasını təmin edəcəyini, bütün hərəkətlərin müttəfiqlərlə əlaqələndiriləcəyini vəd edib.
Xatırladaq ki, avqustun sonunda Almaniya kansleri Olaf Şolz ölkəsinin Ukraynaya yeni silah partiyası, o cümlədən radarlar, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri göndərəcəyini bildirmişdi.
Amma sonradan Almaniya müdafiə nazirliyinin nümayəndəsi Bundesverın artıq öz ehtiyatlarından Ukraynaya silah və hərbi texnika verə bilməyəcəyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB