Rusiya Şimali Koreyadan silah-sursat alır?

Con Kirbi ABŞ-ın yürütdüyü xarici siyasəti qiymətləndirib
Rusiya Şimali Koreyadan silah-sursat alır?

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almış ola biləcəyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Con Kirbi Zoom (xüsusi video konfrans proqramı) vasitəsilə Ağ Ev müxbirləri ilə keçirdiyi görüşdə ABŞ-ın yürütdüyü xarici siyasəti qiymətləndirib.

Şimali Koreyanın Rusiyaya silah satdığına dair iddiaları təsdiqləyən Con Kirbi deyib: "Biz Rusiyanın Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almış ola biləcəyini düşünürük. Bu satışın tamamlandığına və bu silahların sahədə istifadə edildiyinə dair hələlik heç bir işarə yoxdur".

Con Kirbi qeyd edib ki, bu Rusiyanın Ukrayna müharibəsi məsələsində nə qədər “ümidsiz və çarəsiz” olduğunun göstəricisidir.

Çinin Rusiya ilə bağlı mövqeyinə də toxunan Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib: "Çinin Rusiyaya qarşı sanksiyaları pozduğuna dair heç bir əlamət görmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə