ABŞ-ın keçmiş birinci xanımı Hillari Klinton hər zaman şalvar geyinməsi ilə tanınır. Bunun səbəbi isə 1990-cı illərdə Braziliya brendinin Klintonun alt paltarı görünən fotosundan reklamda icazəsiz istifadə etməsidir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1993-2001-ci illərdə vəzifədə olan ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı Klinton sözügedən fotonun Braziliyaya səfəri zamanı divanda oturarkən çəkildiyini bildirib.
Klinton bu hadisədən sonra şalvar-gödəkçə kostyumları geyinməyə başladığını və bunun da onun “imzasına” çevrildiyini bildirib. 74 yaşlı Klintonun keçən həftə qatıldığı İtaliyada keçirilən Venesiya Film Festivalında açıq yay paltarının altına "ehtiyat" olaraq tayt geyindiyi öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB