Deyirəm, adam naşükür olmaz...Dünyanı ağuşuna alan dərin bir böhranın belə bir vaxtında buna da qane olmalısınız.
...Deməli, 2023-cü il yanvarın 1-dən Ermənistanda minimum əmək haqqı artacaq.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu sentyabrın 6-da jurnalistlərə Ermənistan Respublikasının əmək və sosial məsələlər nazirinin müavini Ruben Sarkisyan deyib.
Onun sözlərinə görə, minimum əmək haqqının indiki 68 min dramdan 75 min drama qaldırılması nəzərdə tutulur. Nazir müavininin vurğuladığı kimi, bu artım minimum əməkhaqqının 2025-ci ilədək 85 min dram səviyyəsinə yüksəldilməsini nəzərdə tutan hökumət proqramının həyata keçirilməsinin mərhələlərindən biri olacaq. Təkcə minimum əmək haqqının deyil, baza dərəcəsinin də artırılması nəzərdə tutulur.
Sarkisyan onu da əlavə edib ki, 2023-cü ildə ölkə vətəndaşlarının pensiyalarının məbləğinin daha 3 min dram artırılması planlaşdırılır. O xatırladıb ki, sentyabrın 1-dən pensiyalar artıq 3000 dram artırılıb.
Ermənilərdən soruşuram, daha nə istəyirsiniz?
Başa düşürəm, burada Sarkisyan “yoldaş” da artırılan məbləğın problemi həll edən məbləğ olmadığını etiraf etdi. Amma sonra sizi başa saldı ki, “...biz iqtisadiyyatın vəziyyətini və dövlətin imkanlarını nəzərə alaraq addım-addım gedirik”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB