Səfirliyin nümayəndəsi XİN-ə çağırılıb

Səfirliyin nümayəndəsi XİN-ə çağırılıb

Litva Belarusu dövlət sərhədinin infrastrukturuna qəsdən ziyan vurmaqda ittiham edib. SİA xəbərinə görə, bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Çərşənbə axşamı, sentyabrın 6-da Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb. “Ona Litva dövlət sərhədində fiziki maneənin qəsdən təkrar zədələnməsi halları ilə bağlı kəskin etirazını bildirən nota təqdim edilib”, - deyə məlumatda deyilir.

Nazirlik bildirir ki, Belarus rəsmiləri də baryerin zədələnməsinə və qeyri-qanuni miqrantların ölkəyə daxil olmasına köməklik edir. Litva bu cür hərəkətləri təxribat və Litva-Belarus dövlət sərhədinin hüquqi rejimi haqqında sazişin kobud şəkildə pozulması kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyi gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün Belarusdan bütün lazımi tədbirləri tez bir zamanda görməyi tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə