Ukrayna dənizə çıxışdan məhrum edilsin!?

Ukrayna dənizə çıxışdan məhrum edilsin!?

Hərbi ekspert İqor Nikulin rus hərbçilərinin xüsusi əməliyyat zamanı Ukraynanın bütün liman şəhərlərini, xüsusən də Nikolayevi ələ keçirilməsinin vacibliyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Belə ki, o, Nikolayevə hücumun gedişatını indidən proqnozlaşdırmağın çətin olduğunu etiraf edir. Onun sözlərinə görə, burada iki ssenari mümkündür. Birinciyə görə, Ukrayna Silahlı Qüvvələrinin şərti bölmələri şəhəri praktiki olaraq döyüşsüz tərk edəcək.

İkinci halda, əgər şəhərdə “şaxtalı nasistlər” görünsə,..onda vay rusların halına. Çünki müdafiəçilər şiddətli müqavimət göstərəcəklər, yəni son fürsətə qədər şəhəri müdafiə edəcəklər.

Maraqlıdır ki, Nikulin burada ancaq rusların hücumundan danışır, amma ukraynalıların əks-hücumu barədə heç nə demir...

Amma, Nikolayevin strateji baxımdan çox önəmli şəhər olduğunu, burada iri müəssisələrin, xüsusən də güclü gəmi təmiri zavodunun yerləşdiyini deyir.

Qeyd edilməlidir ki, burada maraqlı nüanslardan birini də Nikulin “kəşf” edib. Belə ki, o Kiyevin dəniz bazaları üçün öz ərazilərini “anqlo-sakslara” sata biləcəyindən ehtiyatlanır.

Ona görə də öz başbilənlərinə Ukraynanı dənizə çıxışdan məhrum etməyi məsləhət görür.

Bu arada digər hərbi ekspert Vladimir Yevseyev də öz proqnozunu bəyan edir. Məsələn onun proqnozunu görə, limanlarını itirəcəyi təqdirdə Kiyev Qərb ölkələri üçün heç bir maraq kəsb etməyəcək.

...Əslində, ruslar indi desələr də, elə əvvəldən onların Qara dəniz boyu hücumları buna, yəni Ukraynanaı dənizdən məhrum etməyə hesablanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə