"Hələb hava limanı İsrail tərəfindən vurularaq istismardan çıxarılıb" - ƏSƏD REJİMİ

"Hələb hava limanı İsrail tərəfindən vurularaq istismardan çıxarılıb" - ƏSƏD REJİMİ

Bəşər Əsəd rejimi Suriyanın şimalında Hələb hava limanının İsrailin hava hücumuna məruz qaldığını iddia edib. SİA-nın SANA-ya istinadən verdiyi xəbərə görə, İsrailin Hələb şəhər mərkəzinin şərqindəki hava limanına yerli vaxtla saat 20:16-da hava hücumu təşkil etdiyi iddia edilib. Partlayış səslərinin eşidildiyi hesabatda Hələb hava limanının uçuş-enmə zolağına ziyan dəydiyi üçün xidmətdən çıxdığı bildirilib.

Əsəd rejimi avqustun 31-də İsrail qüvvələrinin Hələb hava limanını raketlərlə hədəfə aldığını və hava limanında maddi ziyan meydana gəldiyini iddia edib. Hələbdə “Hizbullah”a məxsus İranın dəstəklədiyi xarici terrorçu qruplar və hərbi məntəqələrin, eləcə də rejim ordusunun olduğu məlumdur. Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib. Rejim həmçinin İsrailin avqustun 25-də Həma, 14-də Tartusa, iyulun 22-də isə paytaxt Dəməşqə hava zərbələri endirdiyini iddia edib. İsrail rəsmiləri ümumiyyətlə Suriya ərazisinə hücumları şərh etməkdən çəkinirlər. İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və rejim hərbi məntəqələrinə qarşı zaman-zaman hücumlar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə