Türkiyə 2022-ci il Beynəlxalq Kosmos Konfransına (İSC 2022) ev sahibliyi edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin ilk aerokosmik interaktiv təhsil mərkəzi olan GUHEM-in ev sahibliyi ilə 9-11 sentyabr tarixləri arasında Bursada keçiriləcək konqresə dünyaşöhrətli alimlər, astronavtlar və kosmos mütəxəssisləri qatılacaq.
Şirkətlərə beynəlxalq tərəfdaşlıq imkanları təqdim edən konqresdə “Spire”, “GMV Aerospace and Defence”, “Redwire Space Europe”, “Planet”, “AAC Clyde Space”, “Maxar Technologies”, “Nanoracks Europe”, “Beyond Gravity”, “Türksat”, “PlanS Arianespace” kimi peyk, proqram və avadanlıq şirkətlərindən 100-dən çox adam iştirak edəcək.
Türkiyə Kosmik Agentliyinin (TUA) sədri Serdar Hüseyn Yıldırım tərəfindən açılacaq Beynəlxalq Kosmos Konfransında kosmos sənayesindəki son proseslər, fərqli fikir və qlobal yanaşmalar müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB