ABŞ niyə Rusiyanı “terrorçuluğun tərəfdarı” elan etmədi?

ABŞ niyə Rusiyanı “terrorçuluğun tərəfdarı” elan etmədi?

"Rusiyanı “terrorçuluğun tərəfdarı” elan etmək arzuolunmaz nəticələrə səbəb ola bilər". SİA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib.

Onun sözlərinə görə, Rusiyanın “terrorçuluğun tərəfdarı” elan edilməsi həm Ukrayna, həm də dünya üçün “arzuolunmaz nəticələrə” səbəb ola bilər. Jean-Pierre, Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb. Jean-Pierre, Ukrayna müharibəsi səbəbilə ağır sanksiyalara məruz qalmasına baxmayaraq, Rusiyanın niyə "terror ölkəsi" elan edilmədiyi sualına cavab olaraq, "Bunu etmək Rusiyanı məsuliyyətə cəlb etmək üçün ən təsirli yol deyil. Rusiya bu şəkildə Ukraynadır və bütün Ukraynadır. Dünya üçün gözlənilməz nəticələr ola bilər” ifadəsini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə