Burkina Fasoda terror aktı nəticəsində 35 mülki vətəndaş ölüb

Burkina Fasoda terror aktı nəticəsində 35 mülki vətəndaş ölüb

Burkina Fasoda törədilən terror aktı nəticəsində 35 mülki vətəndaş həyatını itirib.

Uaqaduqu administrasiyasının yaydığı məlumata görə, partlayış Cibo və Burzanqa rayonları arasında baş verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, partlayış nəticəsində 35 nəfər həyatını itirib, 37 nəfər də yaralanıb.

Qeyd edək ki, Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində hücumlar həyata keçirir.

Rəsmi məlumatlara görə, terror qruplaşmalarının indiyədək törətdiyi hücumlar nəticəsində 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə