Şolts və Makron enerji qiymətlərini müzakirə ediblər

Şolts və Makron enerji qiymətlərini müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts enerji qiymətlərini müzakirə ediblər.

SİA xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebeşreit tərəfindən verilən açıqlamada Şoltsun ​​Makron ilə videokonfrans keçirdiyi, iki liderin Avropanın enerji təchizatının mövcud vəziyyəti və enerji qiymətləri ilə bağlı fikir mübadiləsi apardığı bildirilib.

Avropa səviyyəsində mümkün tədbirlərlə yanaşı, enerji sektorunda Fransa-Almaniya həmrəyliyinin də qiymətləndirildiyi, Şolts və Makronun planlaşdırılan milli addımlar və tədbirlər haqqında qarşılıqlı məlumat verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə