Dominik Raabla bağlı məsələ məlum oldu...

Dominik Raabla bağlı məsələ məlum oldu...

Əslində hökumətdəki yerdəyişmələrin olacağı gözlənilən idi.

Beləliklə, Böyük Britaniya baş nazirinin müavini və ədliyyə naziri Dominik Raab yeni baş nazir Liz Trassın kabinetinə daxil olmayacağını açıqlayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, yeni baş nazirə və onun komandasına uğurlar arzulayan Dominik Raab, yeni hökuməti “arxa kürsüdən” dəstəkləyəcəyinə də söz verib.

Xatırladaq ki, Britaniyanın xarici işlər naziri vəzifəsində çalışmış Trass bazar ertəsi Mühafizəkarlar Partiyasının rəhbəri seçilib və çərşənbə axşamı kraliça II Yelizaveta ona yeni baş nazir kimi hökuməti formalaşdırmağı tapşırıb.

Bu arada Raabın yeni hökumətin kabinetində yer istəməməyinin səbəbu məlum olub. Belə ki, o, keçmiş maliyyə naziri Rişi Sunakı baş nazirliyə namizəd kimi dəstəkləyirmiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə