Rus işğalçıları səfərbər edilmiş yerli sakinlərin yerinə işləmək üçün Luqansk vilayətinə Rusiya Federasiyası vətəndaşlarını gətirirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı “Müqavimət” saytı məlumat yayıb.
Belə ki, yeliləri səfrbər edib orduya aparan ruslar, Alçevsk dəmir-polad zavodunda, Doljanskaya-Kapital mədənində və ümumiyyətlə ayrı-ayrı sahələrdə işlətmək üçün adam tapmırlar. Ona görə də, Rusiyada işçi qüvvəsi gətirməyə çalışırlar.
Ukrayna saytının yazdığına görə, hazırda Luqanska Rusiya Federasiyasından qadın və kişilər gətirilir. Lakin Rusiya pasportu olan yerli kişilər məcburi şəkildə işğalçı qoşunlara səfərbər olunurlar.
“Müqavimət” qeyd edir ki, rus işğalçıları müvəqqəti işğal olunmuş ərazilərin 10 minə qədər sakinini səfərbər etmək istədikləri üçün məcburi pasportlaşdırmanın sürətini artırırlar.
Qeyd edək ki, bir müddət bundan əvvəl Luqansk vilayətinin hərbi administrasiya rəhbəri Sergey Qayday rusların yerli şaxtaçıları cəbhəyə aparmaq üçün onların işlədikləri şaxta mədənlərini su ilə doldurduqları barədə xəbər yaymışdı.
“Bizim şaxta mədənlərimiz, bütün təbliğatlara baxmayaraq, hətta Yanukoviç dövründən və ondan əvvəlki dövrlərdən bəri subsidiya alırdı. İndi də işğalçılar onları tamamilə su altında qoyublar. Adamları cəbhəyə göndərdilər. Onların çoxu artıq dünyasını dəyişib, bir çoxu isə şikəstdir”.
Qeyd edim ki, bunu da Sergey Qayday bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB