Yalan dolu rus təbliğatı...

...Siz də deyirdiniz ki, ruslarda yalan-filan yoxdur. Guya Solovyov, Skabeyeva daha nə bilim o biriləri hər şeyi düpbədüz deyirlər, bəs onda...

...Gürcüstan prezidenti Salome Zurabişvili ölkəsinin informasiya məkanının Rusiyanın manipulyasiyaları və dezinformasiyaları ilə təhrif olunduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Anadolu” agentliyi yayıb.

Belə ki, Tbilisi Beynəlxalq Konfransında çıxış edən Zurabişvili bildirib ki, o, Gürcüstan və Ukraynanın bir-birinə o qədər də mehriban olmaya biləcəyinə dair xəbərlər, şayiələr və ya iddialar yaymaq cəhdlərini görür.

“...Etibarsızlıq səpmək Rusiyanın sevimli hərəkətlərindən biridir”-deyən Gürcüstan lideri, “Bu, çox köhnə sovet fenomenidir, qaranın ağ, ağın isə qara kimi təqdim edilməsi yalan reallıq və dezinformasiyadır”-deyə əlavə edib.

Zurabişvilinin dediyinə görə, bu günlərdə ABŞ-ı sülh tərəfdarı olmayan dövlət kimi təqdim edən ruslar, Vaşinqtonun guya Gürcüstanı müharibəyə sövq etdiyini deməyə belə ərinməyiblər.

Zurabişvili rusların bu iddialarını “daha ​​bir dezinformasiya” adlandırıb.

Qeyd edək ki, Zurabişvili Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətləri Rusiya dezinformasiyasının başqa bir sahəsi adlandırıb.

Yəni rusların dediyinə görə, guya Avropa İttifaqının daha güclü və daha demokratik bir Gürcüstan yaratmaq üçün apardıqları islahatlar...sən demə, əslində, Gürcüstanda sabitliyi pozmaq üçün fürsət kimi istifadə olunurmuş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə