"Eren" əməliyyatları çərçivəsində 82 terrorçu zərərsizləşdirilib

"Eren" əməliyyatları çərçivəsində 82 terrorçu zərərsizləşdirilib

Terror təşkilatı PKK-ya qarşı "Eren" əməliyyatları çərçivəsində ilin əvvəlindən 82 terrorçu zərərsizləşdirilib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Eren" əməliyyatları PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə başlayıb.

Bu il əməliyyatlarda 82 terrorçu zərərsizləşdirilib.

720 mağara, sığınacaq və anbar məhv edilib.

144 mina və əl istehsalı partlayıcı, 275 uzunlüləli silah, 548 əl qumbarası, 62 min 141 sursat ələ keçirilib.

Ağrı vilayətinin Doğubayazıt rayonundakı Tendürək dağı terrorçulardan tamamilə təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə