"İki ölkə şəxsiyyət vəsiqələri ilə səyahət etmək qərarına gəldi"

Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina ilə Türkiye arasında şəxsiyyət vəsiqələri ilə səyahət etmək qərarına gəlindiyini bildirib.
"İki ölkə şəxsiyyət vəsiqələri ilə səyahət etmək qərarına gəldi"

"Bosniya və Herseqovina ilə Türkiye arasında şəxsiyyət vəsiqələri ilə səyahət etmək qərarına gəlib".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın paytaxtı Sarayevoyada Herseqovina Prezident Şurasının sədri Şefik Caferoviç, şura üzvləri Zeljko Komsiç və Milorad Dodik ilə imzalanma mərasimində və ortaq mətbuat konfransında iştirakı zamanı deyib.

Dövlət başçısı çıxışında "Artıq biz Bosniya və Herseqovina ilə Türkiye arasında şəxsiyyət vəsiqəsi ilə səyahət etmək qərarına gəldik” deyib.

Açıqlamalardan sonra prezident Ərdoğan, Bosniya və Herseqovina Prezident Şurasının sədri Caferovic, şura üzvləri Zeljko Komsiç və Milorad Dodik jurnalistlərin suallarını cavablandırıblar.

Prezident Ərdoğan, Bosniya və Herseqovinada seçki qanunu dəyişikliyi ilə bağlı suala "Seçki qanunu ilə bağlı üç lider qərar verməlidir. Yüksək nümayəndənin buna müdaxiləsi də demokratiyanın tələblərinə ziddir" cavabını verib.

Ərdoğan Bosniya və Herseqovinaya getməzdən əvvəl Yunanıstana verdiyi açıqlamalarla bağlı suala isə belə cavab verib:

"Əllərində adaları var, bu adalarda bazaları var və bunlar əsasında bizə qarşı qeyri-qanuni təhdidlər davam edərsə, səbrin sonu var”.

Bütün xəbərlər Facebook səhifəmizdə