...Budur, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı yanına salıb, Vladivostokda Şərq İqtisadi Forumuna aparacağı bir məqamda, erməni nazir ...böyük bir siyasi səhvə yol verib. Belə ki, Elizabet Trassın Rusiyanın “əsas düşmənlərndən” biri olduğunu bilə-bilə, götürüb onu Böyük Britaniyanın baş naziri seçilməsi münasibətilə təbrik edib.
...Yaxşı, indi belələrinə nə deyəsən?
Hələ bir utanmaz-utanmaz durub ruslardan, onların 45 günlük müharibədə gəlib ermənilərin yerinə döyüşməməsindən inciyirlər də. Məgər Paşinyan bilmir ki, onun təbrik etdiyi bu qadın, elə bu ilin əvvəlində Rusiya Federasiyasının Voronej və Rostov vilayətləri üzərindəki suverenliyini tanımaqdan imtina edib.
Deyim ki, inanmıram. Paşinyan isə Trassa ünvanladığı təbrikdə, onun rəhbərliyi altında “qlobal çağırışların aradan qaldırılmasına mühüm töhfə verəcəyinə” əmin olduğunu bildirib. Yaxşı bütün bunlar bir yana, axı Nikol ingilis qadının nöqteyi-nəzərindən Rusiyanın bir nömrəli qlobal çağırış olduğunu bilməliydi axı... Yəni deyirsiniz, bunu da bilmir.
Maraqlıdır, görən, bununla Nikol qərbdəkilərin yanında özünü “şirin salıb” Kremldən uzaqlaşmaqmı istəyir?
Hay, uzaqlaşa bildin, hay... Niyə sualını vermə, özüm xırdalayacam.
Birincisi ona görə ki,..elə Rusiya səni... yox ey, Ermənistanı heç yerə buraxmayacaq. Moskvanın Bakıya o qədər yaxınlaşmasından və onunla Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsi imzalamasından belə nəticə çıxmır ki, Kreml İrəvandan əlini çəkəcək.
Yox, ona görə ki, Ermənistanda Rusiya hərbi bazası var, onun Türkiyə və İranla sərhədləri rusların özləri tərəfindən qorunur, dəmir yolları Rusiya Dəmir Yollarının konsessiyasındadır, Ermənistan ərazisindəki bir çox, bəlkə də ermənilərinkindən də çox müəssisə Rusiya Federasiyasının mülkiyyətindədir.
Hə, deyəsən, Ermənistanın iki qulağından başqa heç nə qalmadı axı...
Təbii ki, Rusiya bütün bunları itirmək fikrində deyil və ona görə də, Ermənistanı öz geosiyasi orbitində saxlamağın yolunu mütləq tapacaq. Əslində isə “həmən yol” ruslar üçün heç vaxt itirilməyib.
...Amma nə bilmək olar, bəlkə də Putinin Nikolu yanına salıb İrəvandan 7 min kilometr uzağa aparması da həmən bu “geosiyasi orbitin” yollarından biridir?
...Yox-yox,.. amma ümidvaram ki, Nikol Putinin onun üçün təşkil etdiyi bu gəzintini Anton Pavloviç Çexovun “it gəzdirən qadın” əsəri ilə qarışıq salmamalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB