Çinin Sıçuan əyalətində baş verən 6,6 bal gücündə zəlzələdə ölənlərin sayı 65-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin Sıçuan əyalətində dünən yerli vaxtla saat 12:52-də baş verən 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamada zəlzələdə ölənlərin sayının 65-ə yüksəldiyi, 248 nəfərin yaralandığı, onlardan 56-nın vəziyyətinin ağır olduğu bildirilib. 12 nəfərin aqibəti məlum deyil.
Zəlzələ nəticəsində 243 ev dağılıb, 13 min ev və 7 su elektrik stansiyası zədələnib, bəzi magistral yollar yararsız hala düşüb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB