Ərdoğandan yunanlara xəbərdarlıq...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə vəziyyətin gərginləşəcəyi təqdirdə Yunanıstana hər an zərbə endirmək imkanını xatırladıb
Ərdoğandan yunanlara xəbərdarlıq...

“...Afina Türkiyənin qətiyyətindən xəbərdardır və buna görə də artıq regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlar atmır”.

Qeyd edək ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

SİA bu barədə “Anadolu” xəbər agentliyinə istinad edir.

Qeyd edək ki, Ankaranın Yunanıstandan təxribatlar mövzusunu artıq NATO səviyyəsinə qaldırdığını deyən Türkiyə rəhbəri, bundan sonra Afinanın Türkiyə ilə münasibətlərdə gələcək addımları təhlil etməyi təklif edib.

“...Əks halda, bayaq dediyim kimi, hər an zərbə endirilə bilər”. Bunu da Türkiyə Prezidenti xəbərdarlıq kimi deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ərdoğan Yunanıstan hakimiyyətini “tarixdən dərs almağa” və “təxribatların gedişini dayandırmağa” çağırmışdı.

Bununla yanaşı, o, “...əks halda, Afina “yüksək qiymət ödəyəcək” –deyə öz xəbərdarlığını da etmişdi.

Ərdoğan, Yunanıstanın S-300-dən istifadə edərkən türk təyyarələrini təqib edərkən, bu ölkənin Şimali Atlantika Alyansına meydan oxuduğunu da xatırladıb.

P.S. ...Əslinnə qalsa, “bu oyun Yunanıstanın oynamaq istədiyi oyun deyil...sadəcə olaraq onu "oynadırlar". Bundan əlavə onun "arxalı olması düşüncəsi də...illüziyadan başqa bir şey deyil”. Təbii ki, bu gün Türkiyənin artan qüdrəti, deyim ki, ilk olaraq, Fransa başda olmaqla, bəzi Şimali Atlantika Alyansına daxil olan ölkələrə də rahatlıq vermir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə