İyul və avqust aylarında hüquqi yardım ödənişlərindəki artımı qeyri-kafi hesab etdikləri üçün işini tərk edən İngiltərə və Uels cinayət vəkilləri bu dəfə müddətsiz tətilə çıxdılar.
Böyük Britaniya Cinayət İşləri üzrə Vəkillər Kollegiyası hökumətin vəkil tutmağa imkanı olmayan müttəhimləri təmsil etmək üçün cinayət vəkillərinə ödənilən hüquqi yardım haqqının sentyabrdan 15 faiz artırılması təklifini qəbul etmir, bunun 25 faiz artırılmasını istəyir.
Cinayət vəkilləri sentyabrın 6-da paytaxt Londondakı Ali Məhkəmə, o cümlədən Kardiff (Cardiff), Mançester (Manchester), Birmingem (Birmingham), Bristol və Lidsdəki (Leeds) məhkəmə binaları qarşısında bir araya gələcək və etiraz bildirəcəklər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iyunun sonundan İngiltərə və Uelsdə məhkəmələrdə gecikmələrin 58,973-ə çatdığı bildirilir.
Böyük Britaniya Ədliyyə Nazirliyinin məlumatına görə, iyunun 27-dən avqustun 5-dək davam edən tətillər səbəbindən 1415-i qarşılaşma olmaqla 6235 məhkəmə iclası yarımçıq qalıb.
Cinayət vəkillərinin növbəti tətillərinin 10 minlərlə məhkəmə işindəki mövcud gecikmələri daha da artıracağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB