Fəxri akademik N.F.Qamaleya adına Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq yaxın gələcəkdə Rusiyada koronavirusdan ölüm hallarının iki dəfə arta biləcəyini bəyan edib.
SİA-nın TASS-a istinadən əldə etdiyi məlumatına görə, Gunzburq avqust ayında koronavirusdan ölüm nisbətinin üç dəfə artdığını deyib. Belə ki, gündə təxminən 30 nəfərdən 90 nəfərə qədər adam xəstəiklə bağlı həyatını itirib. Gunzburqun ehtimalına görə, yaxın gələcəkdə bu, yenidən iki dəfə arta bilər. Ona görə də “biz təkrar peyvənd olunmalıyıq”-deyə həkim bildirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxma hallarının sayı iyulun ortalarından etibarən artmaqdadır. Sentyabrın əvvəlindən isə bu, gündə təxminən 50.000 nəfəri əhatə edib. “Rospotrebnadzor” xəstəliyin artmasını omikron ştammının yeni, daha yoluxucu alt növlərinin yayılması ilə izah edir və həftəlik nisbətin 100.000 əhaliyə 50-dən çox olduğu bölgələrin səlahiyyətlilərinə sakinlərə maska taxmağı tövsiyə etməyi edir.
Hazırda maskalar Moskva, Sankt-Peterburq, Dağıstan, Tatarıstan, Kemerovo və Nijni Novqorod vilayətləri və Xakasiya sakinlərinə tövsiyə olunur. Bu tədbir Altay Respublikası, Buryatiya və Yəhudi Muxtar Vilayətində isə məcburidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB